Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda oğru dəstəsi zərərsiləşdirildi

Bakıda oğru dəstəsi zərərsiləşdirildi


15-02-2016, 13:26. Yazar: Xeberaz
Bakıda oğru dəstəsi zərərsiləşdirildi
Polis əməliyyat keçirib.

Bakıda mağazalardan oğurluq edən dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, fevralın 12-nə keçən gecə, C.Kərimov küçəsində Elşən Rəfiyevə məxsus mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatları oğurlanıb.

Bununla əlaqədar Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri keçirilib.

Polis işçilərinin əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Faiq Mikayılov, 1985-ci il təvəllüdlü Namiq Qurbanov, 1991-ci il təvəllüdlü Anar Kərimov, Sumqayıt şəhər sakinləri - 1988-ci il təvəllüdlü Telman Əhmədov, 1990-cı il təvəllüdlü Nizami Bayramov, 1991-ci il təvəllüdlü Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulub.

Müəyyən edilib ki, onlar fevralın 12-nə keçən gecə Zığ yolu küçəsində Şahmalı Əlizadəyə məxsus mağazadan, qapını sındırmaqla 740 manat, planşet və ərzaq malları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön