Ana Sayfa > Karusel / Hadisə / M2 > Göygöldə meyit tapıldı

Göygöldə meyit tapıldı


15-02-2016, 12:47. Yazar: Xeberaz
Göygöldə meyit tapıldı
Araşdırma aparılır.

Göygöl rayonunda meyit aşkarlanıb.

Xəbəraz.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayonun Üçtəpə kənd sakinləri kənd ərazisində yaşlı bir kişinin meyitini görərək dərhal polisə məlumat veriblər.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin kimliyini müəyyən ediblər.

Məlum olub ki, ölən şəxs Daşkəsən rayon sakini, 1930-cu il təvəllüdlü Əlirza Nəcəfovdur.

Onun kənd ərazisində oğlunun yeni tikdirdiyi evə baxmağa gedərkən yolda ürəktutmasından dünyasını dəyişdiyi müəyyən olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön