Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Zaqatala Mərkəzi Xəstəxanasında nələr baş verir? -DƏHŞƏTLİ FAKTLAR

Zaqatala Mərkəzi Xəstəxanasında nələr baş verir? -DƏHŞƏTLİ FAKTLAR


15-02-2016, 12:24. Yazar: Xeberaz
Zaqatala Mərkəzi Xəstəxanasında nələr baş verir? -DƏHŞƏTLİ FAKTLAR
Baş həkim Leyla Seyidəliyeva ilə bağlı şok məlumatlar üzə çıxıb, həkimlər xəstələri ölümə sürükləyirlər

Vüqar Naibov: «Leyla Seyidəliyeva mənə dedi ki, yaxşı pul xərcləsəydin, uşağın sağ qalardı»

Azərbaycan səhiyyəsində daha bir rəzalət dolu hadisə yaşanıb. Bu dəfə Zaqatala rayonunda qeydə alınan həmin vəhşətli hadisə bir körpənin dünyaya göz açmasına imkan verməyib.

JAM.AZ-a müraciət edən rayon sakini Vüqar Naibov bildirir ki, həyat yoldaşı Mahru Darçınovanın sancıları tutduqdan sonra onu Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Lakin xəstəxanada ondan pul tələb olunub. «Bildirdim ki, imkansızam. Bunu eşitdikdən sonra hamilə yoldaşımı Doğum Şöbəsinə buraxmadılar. Buna görə, həyat yoldaşım soyuqda xəstəxananın həyətində gözləməli oldu. Mən qaynımla birlikdə gedib borc pul alıb, geri qayıtdıq. Həmin pulun 25 manatını qan analizinə, 15 manatını ultrasəs müayinəsinə, 10 manatını qeydiyyata, 20 manat tibbi ləvazimatların alınmasına və 70 manatını isə həkimlərə zəhməthaqqı kimi verməli olduq».

Ancaq bunun da xeyri olmayıb. Vüqar Naibov JAM.AZ-a bildirib ki, doğuş zamanı həkimlər ona deyiblər ki, uşaq tərs gəldiyi üçün problem yaşanır. «Həkimlər bildirdi ki, seçim etməliyik. Ya anna, ya da uşaq. Səriştəsiz həkimlər uşağı dartaraq, boğulmuş halda dünyaya gətirdilər. Nəticədə, körpə yarıölü doğuldu. Körpəni oksigen balonuna qoşdular. Bir uşaq yerləşməli olan həmin şüşəyə iki uşaq yerləşdirmişdilər. Səbəb də bu idi ki, mənim artıq pulum qurtarmışdı».

Lakin Zaqataladakı həkimlərin qəddarlığı bununla da bitməyib. Vüqar Naibov yazır ki, yeni dünyaya gəlmiş uşağının səhhəti pisləşdiyindən həkimlər onu təcili olaraq Şəki xəstəxanasına aparılmasını tövsiyyə ediblər. «Yenə, pulumuz olmadığı üçün uşağı oksigeni aparatına qoşulmadan Şəkiyə aparmalı olduq. Şəkidə həkimlər bizə dedilər ki, bu insafsızlıqdır və irad tutdular ki, belə xəstələr mütləq oksigen şüşəsində gətirilməliydi. Üstəlik, doğuşun da səhv aparıldığını diqqətimizə çatdırdılar. Və bildirdilər ki, körpə uzunmüddət yaşaya bilməyəcək. Elə dedikləri kimi də oldu».

İşin ən dəhşətli tərəfi isə odur ki, baş verən hadisəyə rəğmən, Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevə Vüqar Naibova məzəmmət etməkdən də çəkinməyib. Belə ki, o, sözügedən şəxsə deyib ki, «yaxşı pul xərcləyəydin, uşağın sağ qalaydı».

JAM.AZ-a verilən məlumatda o da qeyd olunur ki, baş həkim Leyla Seyidəliyeva Zaqatala Mərkəzi Xəstəxanasında sözün həqiqi mənasında bazar açıb. Şikayətçi yazır ki, baş həkim bütün şöbələrin həkimlərinə aylıq haqq qoyub və verməyənləri də cəzalandırır. «Xəstəxanada stansionar müalicə alan xəstələrə yemək verilmir. Pulsuz dərmanlar özəl apteklərdə satdırılır. İstilik üçün ayrılmış 50 ton yanacaq satılıb. Hamilə qadınları qorxudub, aldadırlar ki, əgər qeysəriyyə yolu ilə əməliyyat olunmasalar, öləcəklər. Səbəb də 800-1000 manat pul ala bilsinlər. Elə bu səbəbdəndir ki, Zaqatalada təkcə 2015-ci ildə 600 ana qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib».

Vüqar Naibov daha bir dəhşətli məqamdan bəhs edib. O yazıb ki, bir müddət əvvəl Zaqatala rayonunun Katex kənd sakini, 2 aylıq körpə İnci Yaqubova həkim səriştəsizliyi üzündən cərrahiyyə əməliyatı zamanı dünyasını dəyişib. «Tala kənd sakininin bu ilin fevralın 3-də əməliyyat zamanı uşağı dünyasını dəyişib. Ötən il Makov kənd sakininə ağır xəstəlik diaqnozu qoyaraq, 3 aylıq uşağını elə ananın bətnində də məhv etdilər. Həmin qadını Bakıda həkimlər müayinə etdikdən sonra məlum olub ki, qadında hər hansı bir ağır xəstəlik yox, adi mədə soyuqlaması olub».

JAM.AZ-a yazan Zaqatala sakini daha bir maraqlı faktın üzərini açıb. O vurğulayır ki, rayon Mərkəzi Xəstəxanasında kor bağırsağından əməliyyat olunmuş şəxs ölüm ayağındadır. «Çökək kənd sakini Zaur Aydın oğlu Ömərov həkimlərin səriştəsizliyi üzündən ölümcül vəziyyətə düşüb. Buna səbəb əməliyyat zamanı onun yarasına infeksiyanın düşməsidir».

Vüqar Naibov Zaqatala Mərkəzi Xəstəxanasındakı qiymətlərdən də bəhs edib. O qeyd edib ki, hal hazırda xəstəxanada qan analizinin qiyməti 25 manat, USM-dən keçmək 15 manat, rentegen müayinəsi 25 manat, sürücülük vəsiqəsi alanlar üçün sağlamlıq arayışı 25 manat, nigaha daxil olmaq üçün sağlamlıq arayışı 50 manatdır. «Bu qiymətləri həkimlər yox, Leyla Seyidəliyevə təyin edib. Kimsə bu qiymətdən bir qəpik aşağı pul ala bilməz».

Məlumatda qeyd edilir ki, Leyla Seyidəliyeva 2013-cü ildə vəzifə başına keçib. «Az müddətdə o, özü üçün 80 min manata mənzil aldı. Təmirini isə xəstəxananın işçilərinə etdirdi. Sürdüyü bahalı maşının qiyməti isə 50 min manatdan çoxdur».

Qarşı tərəfi də dinləməyə hazırıq.
Geri dön