Ana Sayfa > Karusel / İdman / Fotogalereya > Rəşad Sadıqov ciddi zədə aldı

Rəşad Sadıqov ciddi zədə aldı


14-02-2016, 18:55. Yazar: Xeberaz
Rəşad Sadıqov ciddi zədə aldı
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 21-ci turunda hazırda davam edən "Kəpəz"lə görüşdə ciddi zədə alıb.

Gəncədə keçirilən matçın 68-ci dəqiqəsində "Kəpəz"in oyunçusu Julien Ebahla hava mübarizəsi zamanı R.Sadıqovun başı partlayıb.

Millimizin üzvü qan içində və etiraz edərək meydanı tərk edib. Ebah daha sonra yaxınlaşaraq Rəşaddan üzr istəyib.

Rəşad Sadıqova tibbi yardım göstərildikdən sonra o başısarıqlı halda meydana daxil olub.

Qeyd edək ki, matç 2:1 qonaqların qələbəsi ilə bitib.
Geri dön