Ana Sayfa > Karusel / İdman / M2 > Qurbanovdan qələbə şərhi: “Ağır idi...”

Qurbanovdan qələbə şərhi: “Ağır idi...”


14-02-2016, 18:46. Yazar: Xeberaz
Qurbanovdan qələbə şərhi: “Ağır idi...”
Çempionatda vacib 3 xal qazandıq. Belə meydançada və belə azarkeş kütləsi qarşısında oynamaq ağır idi. İki standart vəziyyətdən maksimum istifadə etdik.

Xəbəraz.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyundan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.

"Şahin Diniyevi təbrik edirəm. O, yaxşı və istəkli komanda formalaşdırıb. Qələbə münasibəti ilə futbolçularımı və komandanın azarkeşlərini təbrik edirəm" - deyə Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib.
Geri dön