Ana Sayfa > Karusel / Gündəm / M2 > Evlərin tikintisi üzrə qiymətlər sabit qalıb - Statistika

Evlərin tikintisi üzrə qiymətlər sabit qalıb - Statistika


14-02-2016, 18:31. Yazar: Xeberaz
Evlərin tikintisi üzrə qiymətlər sabit qalıb - Statistika
Ötən ilin IV rübündə yerüstü tikililər üzrə qiymətlər 0,2 faiz ucuzlaşıb, yol və körpü tikintisi üzrə qiymətlərdə isə 0,6 faiz bahalaşma qeydə alınıb.

Xəbəraz.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTAC-a verilən məlumata görə, ümumilikdə, tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz ucuzlaşıb.

Bundan əlavə, rüb ərzində yerüstü tikililərdən sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərinin tikintisi üzrə qiymətlər 3,1 faiz ucuzlaşıb. Yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə sabit qalıb.
Geri dön