Ana Sayfa > Karusel / Hadisə / M2 > “Bakıda qardaş bacısını bıçaqlayıb

“Bakıda qardaş bacısını bıçaqlayıb


14-02-2016, 18:04. Yazar: Xeberaz
“Bakıda qardaş bacısını bıçaqlayıb
Fevralın 13-də Bakıda bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elina Rüstəmoviçi şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb.
Geri dön