Ana Sayfa > Karusel / Hadisə / M2 > “İcra başçısının müavini olmaq üçün 170 min ödədi - Pulu alan komitə sədridir

“İcra başçısının müavini olmaq üçün 170 min ödədi - Pulu alan komitə sədridir


14-02-2016, 16:32. Yazar: Xeberaz
“İcra başçısının müavini olmaq üçün 170 min ödədi  -  Pulu alan komitə sədridir
Azərbaycanda böyük səs-küy yaradacaq məhkəmə prosesi başlayır.

Xəbəraz.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov məlumat yayıb. Vəkil bildirib ki, ölkədə icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb ondan 170 min dollar alıblar.

“Bu gün (dünən-red.) çox səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABŞ dollarını aldadaraq alıblar. Həmin pulu ələ keçirən şəxsin birbaşa komitə sədri olması təəccübə səbəb olub. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçıb”,-deyə vəkil Adəm Məmmədov qeyd edib.

Lakin Adəm Məmmədov konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.
Geri dön