Ana Sayfa > Karusel / Hadisə / M2 > Gəncədə 62 yaşlı qadın yanıb

Gəncədə 62 yaşlı qadın yanıb


14-02-2016, 13:09. Yazar: Xeberaz
Gəncədə 62 yaşlı qadın yanıb
Gəncədə qadın yanıb.

APA-nın qərb bürosunun məlumata görə, Gəncə şəhər sakini, 1954-cü il təvəllüdlü Gülnar Şabanova üz və bədənin müxtəlif nahiyələrinin 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti ağır qiymətləndirilir.

Onun hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön