Ana Sayfa > Karusel / Hadisə / M2 > Lənkəran rayonunun Boladi kəndində 8 otaqlı ev yandı

Lənkəran rayonunun Boladi kəndində 8 otaqlı ev yandı


14-02-2016, 12:10. Yazar: Xeberaz
Lənkəran rayonunun Boladi kəndində  8 otaqlı ev yandı
Bu gün Lənkəran rayonunun Boladi kəndində ikinci yanğın hadisəsi baş verib.
Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, gecə saatlarında bu kənddə "VAZ" mrkalı minik avtomobili də müəmmalı şəkildə yanmışdı.
Geri dön