Ana Sayfa > Karusel / Maraqlı / M2 > Peyğəmbərlər necə pul qazanıblar? - Siyahı

Peyğəmbərlər necə pul qazanıblar? - Siyahı


14-02-2016, 00:14. Yazar: Xeberaz
Peyğəmbərlər necə pul qazanıblar? - Siyahı
Peyğəmbərlər necə dolanıb, gün-güzəran edib? Hansı sənətin sahibi olublar? Baki-Baku elektron qəzeti bununla bağlı dini məxəzlərdə olan faktları siyahı şəklində tərtib edib.

Həzrəti Adəm (ə): Əkinçi olub.
Həzrəti Şis (ə): Toxuculuq sənətinin banisi idi.
Həzrəti İdris (ə): Dərzi.
Həzrəti Nuh (ə): Dülgər.
Həzrəti Hud (ə): Tacir.
Həzrəti Saleh (ə): Dəvəçi.
Həzrəti İbrahim (ə): Memar, bənna.
Həzrəti İsmayıl (ə): Quru və dəniz ovçuluğu ilə dolanışığını təmin edərdi. Ovçuların ustadı sayılırdı. 70 dil bilirdi.
Həzrəti Lut (ə): Tarixçi idi. Səyyahların atası sayılırdı.
Həzrəti İshaq(ə): Çoban idi.
Həzrəti Yaqub (ə): Çoban olub.
Həzrəti Yusuf (ə): Dulusçu. Saatı icad edən.
Həzrəti Eyyub (ə): Əkinçi idi.
Həzrəti Şueyb (ə): Əkinçi olub.
Həzrəti Musa (ə): Çoban olub.
Həzrəti Harun (ə): Sənəti haqqında dəqiq məlumat yoxdur. Qardaşı Həzrəti Musaya (ə) vəzir təyin edilib.
Həzrəti Davud (ə): Dəmirçiliklə məşğul olub, ilk zirehli əlbisəni düzəldib.
Həzrəti Süleyman (ə): Zənbil düzəldərdi. Mis mədənini ilk dəfə yaradan o idi.
Həzrəti Zülkifl (ə): Çörək bişirərdi.
Həzrəti İlyas (ə): Toxucu olub.
Həzrəti Yunus (ə): Balıq ovlayıb dolanardı.
Həzrəti Üzeyir (ə): Bağban idi. Meyvə ağaclarını ilk dəfə peyvənd edən, budama işlərini insanlara öyrədən peyğəmbər idi.
Həzrəti Loğman (ə): Peşəsi həkim və əczaçılıq idi.
Həzrəti Zəkəriyyə (ə): Dülgər idi.
Həzrəti İsa (ə): Ovçu idi. Ov aləti ilə dolanışığını təmin edərdi.
Həzrəti Məhəmməd (s.ə.s.): Kiçik yaşlarında çobanlıq etmiş, daha sonra ticarətlə məşğul olmuşdu.Axar.az
Geri dön