Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Gülayla Kamil boşanır?

Gülayla Kamil boşanır?


11-04-2015, 14:16. Yazar: Xeberaz
Gülayla Kamil boşanır?
"İstəyirəm ki, mənim də ailəm sakit olsun”.

Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallıdan boşanmağa hazırlaşması haqda yayılan xəbərlərə münasibət bildirib.

Xeberaz.az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu qeyd edib:

“Kamil də, mən də işimizlə bağlı gündəmə gəlmək istəyirik. Ailəmizlə gündəmdə olmaq istəmirik. Mövzu ailə olan verilişlərə getməkdik. Bu şayiələr də oradan qaynaqlanıb. Şükürlər olsun ki, ailəmizdə hər şey qaydasındadır və gözəldir. Böyüdüyüm ailə geniş və sakit olub. İstəyirəm ki, mənim də ailəm sakit və geniş olsun”.
Geri dön