Ana Sayfa > Karusel / Hadisə / M2 > BMT-nin 6 sülhməramlısı öldürüldü

BMT-nin 6 sülhməramlısı öldürüldü


13-02-2016, 11:17. Yazar: Xeberaz
BMT-nin 6 sülhməramlısı öldürüldü


Malidə silahlı hücum nəticəsində BMT-nin 6 sülhməramlısı öldürülüb.

Xəbəraz.az ТАSS Agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın Təhlükəsizlik Şurası məlumat yayıb.

Cümə günü Kidal şəhəri minaatanlardan və odlu silahdan atəşə tutulub. Bundan başqa, bir sıra KİV-lərin məlumatına görə, içərisinə partlayıcı qoyulmuş bir avtomobil partladılıb. Silahlı hücum üçün məsuliyyəti “Əl-qaidə"nin filialı olan "Ənsar əd-Din” qruplaşması öz üzərinə götürüb.

Təhlükəsizlik Şurası bu hadisəni terror aktı kimi qiymətləndirib. Şura üzvləri həlak olmuş sülhməramlıların ailələrinə başsağlığı verib və Mali hökumətini günahkarları taparaq ədalət məhkəməsinə cəlb etməyə çağırıblar.

Malidə hökumət qoşunlarının və müxtəlif qruplaşmaların döyüşçüləri arasında silahlı konflikt 2012-ci ildən başlayıb.
Geri dön