Ana Sayfa > Karusel / Gündəm / Təbriklər > Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.


11-04-2015, 13:52. Yazar: Xeberaz
Azərbaycan poçtu göstərdiyi xidmətin keyfiyyətinə görə növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

200 ölkə arasında 4-cü yer.

Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Ekspress Mail Servis - Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün hər il bir sıra kriterilər müəyyən edilir və bu kriterilər üzrə ilin yekunlarına görə keyfiyyət göstəriciləri müqayisə edilir. Aparılan müqayisənin nəticələrinə görə, ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülürlər.

Azərbaycanın EMS xidmətləri göstərən “Azərekspresspoçt” müəssisəsi bu vaxta qədər 1 bürünc, 2 gümüş, 7 qızıl səviyyəli sertifikata layiq görülüb.

Son 2 il ərzində ÜPİ tərəfindən qoyulan tələblərin sərtləşdirilməsi, yeni-yeni keyfiyyət kriterilərinin əlavə edilməsi səbəbindən qızıl səviyyəli sertifikatı əldə etmək mümkün olmamışdı.

Lakin 2014-cü ildə “Azərpoçt” MMC tərəfindən aparılan məqsədyönlü işlər, görülən əlavə tədbirlər, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, göndərişlərin nəzərdə tutulan vaxt çərçivəsində çatdırılması istiqamətində, eləcə də müştərilərlə münasibətlərin tənzimləndirilməsi üzrə görülən əlavə tədbirlərin nəticəsində Azərbaycan 200 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

Qeyd edək ki, aprel ayının 15-dən may ayının 5-nə qədər Ümumdünya Poçt İttifaqının yaz sessiyası keçiriləcək. Bu sessiya çərçivəsində aprelin 22-də EMS Korporasiyasının ümumi yığıncağı baş tutacaq. Yığıncaqda mükafat əldə edən ölkələrə, o cümlədən Azərbaycana sözügedən sertifikat təqdim ediləcək.




Geri dön