Ana Sayfa > Karusel / Maraqlı / Texnologiya > “İnstagram”da videolara baxış sayı göstəriləcək

“İnstagram”da videolara baxış sayı göstəriləcək


12-02-2016, 18:20. Yazar: Xeberaz
“İnstagram”da videolara baxış sayı göstəriləcək
Populyar “İnstagram” xidməti videoların neçə dəfə izlənildiyini göstərəcək

Baxış sayı like hesablayıcının yerində görünəcək. İstifadəçilər like sayını da öyrənməyə davam edəcəklər. Yeni funksiya xüsusən sənətçilər, yeni populyarlıq qazanan istifadəçilər və şirkətlər üçün faydalı olacaq. İstifadəçilər bu yolla abunəçilərini daha çox nələrin maraqlandırdığını biləcəklər.

Son 6 ayda “İnstagram”da videoları izləmək üçün sərf olunan vaxt 40% artıb. Rəsmi bloqda vəd edilib ki, videolara baxışın sayını hesablayıcı funksiya bu il sonuncu yenilik olmayacaq.
Geri dön