Ana Sayfa > Karusel / Hadisə / M2 > 66 yaşlı kişi mənzilində ölü tapıldı

66 yaşlı kişi mənzilində ölü tapıldı


12-02-2016, 14:44. Yazar: Xeberaz
66 yaşlı kişi mənzilində ölü tapıldı
Binəqədi rayonunda bağlı qapı arxasında cəsəd tapılıb.

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və və 1950-ci il təvəllüdlü Jiqalkin Valeriy Valentinoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Geri dön