Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda magistral su kəməri partladı

Bakıda magistral su kəməri partladı


11-04-2015, 13:29. Yazar: Xeberaz
Bakıda magistral su kəməri partladı
FHN məlumat yaydı.

Bakı şəhərində magistral su xəttində qəza baş verib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolması barədə məlumat daxil olub. Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxılmaz duruma düşüb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açaraq vətəndaşı xilas ediblər.
Geri dön