Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gənc qız oğlana görə özünü binadan atdı

Bakıda gənc qız oğlana görə özünü binadan atdı


12-02-2016, 11:29. Yazar: Xeberaz
Bakıda gənc qız oğlana görə özünü binadan atdı
Prokurorluq tərəfindən araşdırma aparılır.

Bakıda intihara cəhd olub.

Xəbəraz.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.

Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb.

Hadisə yerində olan şəxslər T.Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, T.Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön