Ana Sayfa > Karusel / Gündəm / M2 > Şəhid zabitin qisası alındı

Şəhid zabitin qisası alındı


12-02-2016, 09:57. Yazar: Xeberaz
Şəhid zabitin qisası alındı
Cəbhədə gecə əməliyyatı.

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

“Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, - deyə, nazirlikdən bildiriblər.
Geri dön