Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakıda dəhşətli yanğında xəsarət alanların – SİYAHISI
Bakıda dəhşətli yanğında xəsarət alanların – SİYAHISI11-04-2015, 13:21. Yazar: Xeberaz |
11 nəfərin adı açıqlandı. Ötən gecə Bakının Xətai rayonundakı binada baş verən yanğın zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan çoxuna ilkin yardım göstərilib. Onlardan çoxu tüstüdən zəhərlənib. Xəsarət alanlardan bir neçəsi xəstəxanaya yerləşdirilib. Xeberaz.az ANS PRESS-ə istinadən xəsarət alanların siyahısını təqdim edir: 68 yaşlı Rəfiqə Vəliyeva 60 yaşlı Şəfiqə Musayeva 53 yaşlı Məlahət Hüseynova 53 yaşlı Samir Əliyev 48 yaşlı Ofeliya İbrahimova 43 yaşlı Maral Kazımova 43 yaşlı Təranə Əliyeva 43 yaşlı Faiq 41 yaşlı Təranə Məmmədova 30 yaşlı Orxan Babayev 16 yaşlı Anar Məmmədov Qeyd edək ki, Zığ şosesi, 16 ünvanı, “Nargilə” kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalarda başlanan yanğın sonradan mənzillərə keçib. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib. Yanğın zamanı 140 nəfər bina sakini yanğınsöndürənlər və xilasedicilər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Geri dön |