Ana Sayfa > Karusel / Dünya / Maraqlı / Araşdırma > Ən dəhşətli qətl törədən qatillərin qaldığı həbsxanadan görüntülər

Ən dəhşətli qətl törədən qatillərin qaldığı həbsxanadan görüntülər


11-04-2015, 01:26. Yazar: Xeberaz
Ən dəhşətli qətl törədən qatillərin qaldığı həbsxanadan görüntülər

Ən dəhşətli qətl törədən qatillərin qaldığı həbsxanadan görüntülər yayılıb. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, burada qruplaşma üzvü olan məhkumlar hətta qadınların saxlandığı həbsxanaya hücum edərək onları zorlamaqdan çəkinmir. Bu cür hadisələrin qarşısının alınması üçün görülən tədbirlər isə nəticəsizdir.

Braziliyadakı Pedrinhas həbsxanası planetin ən dəhşətli ceza evlərinden biri olaraq göstərilir. Bu qorxunc həbsxanada yalnız ötən il 75 məhkum öldürülüb. Bildirilir ki, çöldə sürən qruplaşma, şəbəkə müharibələri həbsxanada də davam edir, şəbəkə üzvləri bir-birini öldürür.

Təəssüf ki, bu cinayətlərə nə gözətçilər, nə də polislər mane ola bilmirlər. Pedrinhas həbsxanasında şəbəkə üzvləri, mafiya adamları, qatillər, canilər, narkotik satıcıları və psikopatlar var. Bunlar zaman zaman bir-biri ilə mübarizə aparır və didişirlər.

Bütün maneələrə baxmayaraq, xüsusilə şəbəkə üzvləri içəriyə də silahlı mübarizə aparırlar. Hətta bu yaxınlarda şəbəkə üzvləri arasında rəsmi olaraq silahlı qarşıdurma da çıxıb. İşin maraqlı tərəfi isə odur ki, silahlı qarşıdurmada bir də pnevmatik tüfəng də istifadə edilib.

Burada yatan şəbəkə üzvləri tez-tez qadınlar həbsxanasına hücum edib buradakı qadınlara təcavüz edir. Son bir ildə 20 qadın məhkum bu səbəbdən hamilə qalıb və uşaq gözləyirlər. Görülən tədbirlər şəbəkə üzvlərinin qadınlara təcavüz etməsini belə əngəlləyə bilmir. Braziliyada həbsxanalarında 450 min məhkum var.




Geri dön