Ana Sayfa > Karusel / Gündəm / M2 > Yağmurlu hava şəraiti davam edəcək

Yağmurlu hava şəraiti davam edəcək


11-02-2016, 15:25. Yazar: Xeberaz
Yağmurlu hava şəraiti davam edəcək
Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxt və yarımadada günün ikinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.
Geri dön