Ana Sayfa > Karusel / Maraqlı / M2 > BMV liderliyi əldən verdi

BMV liderliyi əldən verdi


11-02-2016, 11:11. Yazar: Xeberaz
BMV liderliyi əldən verdi

Almaniyanın BMV avtomobil şirkəti lüks avtomobil satışında dünya liderliyini itirib.
Xəbəraz.az xəbər verir ki, bu ilin yanvar ayının nəticələrinə görə, şirkət öz yerini “Mersedes-Benz” və “Audi”yə verib.

Şirkətin ötən aykı satışları 7.5 faiz artaraq 133 min 883 avtomobilə çatıb. Lakin “Mersedes-Benz” əzəli rəqibini qabaqlayaraq 1 ayda avtomobil satışını 20 faiz (150 min 814) artırıb. “Audi” isə 4 faiz artımla (143 min 150) ikinci olub.

Qeyd edək ki, BMV şirkəti 2005-ci ildən avtomobil satışına görə, dünya bazarında liderlik edirdi
Geri dön