Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-in keçmiş seks kölələri Mosulu azad etməyi qərara alıblar

İŞİD-in keçmiş seks kölələri Mosulu azad etməyi qərara alıblar


10-02-2016, 23:32. Yazar: Xeberaz
İŞİD-in keçmiş seks kölələri Mosulu azad etməyi qərara alıblar
Onlar hərbi hazırlıq keçiblər və döyüşlərdə iştirak edirlər.

İŞİD terror qruplaşmasının yezidi seks kölələri İraqın şimalında yerləşən Mosul şəhərini azad etməyi qərara alıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə Fox News nəşri yazır.

Yüz nəfərdən ibarət qadın döyüşçü öz məqsədlərinə çatmaq üçün kürd hərbi birləşmələrinə (peşmərgə) qoşulublar. Onlar artıq hərbi təlim keçiblər və döyüşlərdə iştirak edirlər. Daha 500 nəfərin hazırlığı aparılır. Qeyd olunur ki, qadınlar 17-37 yaş arasındadırlar.

Nəşrin məlumatına görə, 2000 yaxın kürd yezidisi 2014-cü ildə İŞİD yaraqlılarının Sincar dağına hücum zamanı əsir götürülmüşdür. Sonradan bu qadınlar əsirlikdən qaçıb və terrorçulara qarşı mübarizəyə başlayıblar.
Geri dön