Ana Sayfa > Karusel / Hadisə / M2 > Mənzilə basqın edən şəxs ər və arvadı döyüb

Mənzilə basqın edən şəxs ər və arvadı döyüb


10-02-2016, 18:06. Yazar: Xeberaz
Mənzilə basqın edən şəxs ər və arvadı döyüb

Göygöl rayonunda mənzilə basqın edən şəxs ər və arvadı döyüb.

Xəbəraz.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərdə evə girən şəxs ev sahibinin onu gördüyünü hiss edib, yaxalanmamaq üçün ər və arvada zərbələr endirib.

Xəsarət alan qadın - 1977-ci il təvəllüdlü Quliyeva Aynurə başın əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri dön