Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO

Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO


10-02-2016, 10:38. Yazar: Xeberaz
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO
Süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.

Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.
Xəbəraz.az xəbər verir ki, xəstənin yaxınlarının APA-ya verdiyi xəbərə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib.

Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib.
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO
Geri dön