Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neft bahalaşır

Neft bahalaşır


10-02-2016, 10:28. Yazar: Xeberaz
Neft bahalaşır
Son rəqəmlər.

Bakı vaxtı ilə saat 09:52-ə olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,63 dollar və ya 2,08% bahalaşaraq 30,95 dollar olub.

Xəbəraz.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralın 10-da keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,51 dollar və ya 1,83% artaraq 28,45 dollar təşkil edib.

Qeyd edək ki, fevralın 9-na olan hərracların yekunlarına görə isə neftin qiymətində ucuzlaşma müşahidə olunub.
Geri dön