Ana Sayfa > Karusel / M2 / Araşdırma > Mağazalar siqaret satmır - UCUZLAŞMANIN TƏSİRİ

Mağazalar siqaret satmır - UCUZLAŞMANIN TƏSİRİ


9-02-2016, 13:53. Yazar: Xeberaz
Mağazalar siqaret satmır - UCUZLAŞMANIN TƏSİRİ


Ötən gün Azərbaycanda pərakəndə satış bazarında ən çox satılan siqaretlərin bəzi markalarının qiyməti xeyli ucuzlaşması ilə bağlı rəsmi açıqlama dərc olundu.

Ucuz qiymətə satılan siqaretlərə təlabatın artması nəticəsində, bahalı siqaretlərin alıcısı azalıb.

Məhz bu səbəbdən qiymətlərin endirilməsi məsləhət görülüb.

Bu gün yeni qiymətlərlə tanış olmaq üçün bir neçə mağazaya üz tutduq.

Yayılan xəbələr deyəsən bir çox mağazaya gəlib çatmayıb.

Belə ki, çox mağazada siqaret satışı dayanıb. Buna səbəb olaraq satıcılar, depolardan yeni qiymətə siqaretlərin verməməsini əsas tuturlar.

Bu səbəbdən də "Kent" və "Winston" markalı siqaretlər çox mağazada satılmır.

Qeyd edək ki, "Winston" (bazarda ən çox satılan siqaretlərdən) markalı tütün məmulatları artıq 2,8 AZN-ə satılır. Halbuki son vaxtlar onların qiyməti 3,3 AZN təşkil edib. Kent markalı siqaretlərin qiyməti 3 manatadək ucuzlaşıb.
Geri dön