Ana Sayfa > Karusel / Hadisə / M2 > Maşının tavanından narkotik çıxdı

Maşının tavanından narkotik çıxdı


9-02-2016, 13:50. Yazar: Xeberaz
Maşının tavanından narkotik çıxdı
Rusiyadan gələn İsa Dadaşov gömrükdə saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Onun idarə etdiyi “Ford Tourneo Konnekt” markalı, 90 TO 442 dövlət nömrə nişanlı avtomobilə baxışı keçirilib. Maşının yük yerinin tavanında olan örtüyün arxa hissəsindəki boşluqda 1,04 marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. Əməliyyat Xaçmaz Gömrük İdarəsinin Xanoba gömrük postunun nəzarət zonasında keçirilib.
Geri dön