Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > İlhamə: "Qanunu mən qoyuram"

İlhamə: "Qanunu mən qoyuram"


8-02-2016, 17:25. Yazar: Xeberaz
İlhamə: "Qanunu mən qoyuram"
"Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var".

Xəbəraz.az axar.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Quliyeva bəzi müğənnilər haqda danışarkən deyib.

O, müğənniləri geyimlərinə görə tənqid edib: "Bəziləri altdan şortik, üstündən şifon bir paltar geyinib efirə çıxırlar. Muğam ifaçısı bunu edə bilməz. Bu, müasir ifaçılara yox, estrada ifaçılarına yaraşar. Belə geyimdə efirdə iri planda göstəriləndə beldən aşağı paltarsız görünür.

Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var. Başqalarını müzakirə edənlər gedib güzgüyə baxsınlar, görsünlər nəyə oxşayırlar. Kimi müzakirə edirsən? Get tərcümeyi-halını vərəqlə, gör sən kimlərdən danışırsan. Bir kəs başından böyük danışıb deyə bilməz ki, İlhamə qanun qoya bilməz. Qanun qoyanın ən yuxarısıyam mən. Qanunum kimi qane etmir, gedib su içsin".
Geri dön