Ana Sayfa > Karusel / Gündəm / M2 > Toy mərasimində bəy və gəlini öpmək qadağan edildi

Toy mərasimində bəy və gəlini öpmək qadağan edildi


8-02-2016, 16:50. Yazar: Xeberaz
Toy mərasimində bəy və gəlini öpmək qadağan edildi
Türkiyədə toy mərasimində qəribə hadisə baş verib.

Xəbəraz.az-in məlumatına görə, Mersin şəhərində baş tutan toy mərasimində 20 yaşındakı Aişə Kızmazla 21 yaşındakı Mustafa Şeker ailə həyatı qurub. Toyda qonaqlara qripə görə öpüşməyi qadağan ediblər. Qonaqlara "Gəlin və bəyi öpməyin" deyə anons edilib. Toyda yalnız bəyin gəlini öpməsinə icazə verilib.

Bu xəbərdarlıqdan sonra qonaqlar öpüşməməyə diqqət göstərib. Xına mərasimindən sonra bəyin dayıları gəncləri öpdüyü üçün daha bir anons edilib. Öpüşməyə qadağa qoyulan toyda qonaqlar bəy və gəlini ancaq salamlaşaraq təbrik ediblər.
Geri dön