Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Bakıda polisin tapdığı qız ailəsinə təhvil verildi - FOTO

Bakıda polisin tapdığı qız ailəsinə təhvil verildi - FOTO


10-04-2015, 19:37. Yazar: Xeberaz
Bakıda polisin tapdığı qız ailəsinə təhvil verildi - FOTO
Polis məlumat yayıb.

Bakıda polisin tapdığı qızın şəxsiyyəti məlum olub.

Xeberaz.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun APA-ya verdiyi məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində polisin tapdığı qızın 1998-ci il təvəllüdlü Sumqayıt sakini, Ruhəngiz Balabəy qızı Paşayeva olduğu məlum olub.

R. Paşayeva ailəsinə təhvil verilib.

Qeyd edək ki, iki gün öncə rayonun Hövsan qəsəbəsi ərazisində təxminən 16 yaşlarında olan qızın tapıldığı barədə məlumat daxil olub.

Tapılan şəxs əqli cəhətdən qüsurlu olduğundan özü barədə düzgün məlumat verə bilməyib.
Geri dön