Ana Sayfa > Karusel / Dünya / M2 > İranın Kasr Kan dağı yaxınlığında ölkənin Silahlı Qüvvələrinə aid helikopter vurulub.

İranın Kasr Kan dağı yaxınlığında ölkənin Silahlı Qüvvələrinə aid helikopter vurulub.


10-04-2015, 18:04. Yazar: Xeberaz

İranın  Kasr Kan dağı yaxınlığında ölkənin Silahlı Qüvvələrinə aid helikopter vurulub.
Xeberaz.az Avropa.info-ya xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda helikopterin İranda yenicə yaradılan Ənsar əl- Furqan qruplaşması tərəfindən vurulduğu bildirilir. Vurulan helikopterin pilotunun öldüyü də qeyd olunur.

Qeyd edək ki, bir neçə gün öncə, İranın sünni ərəblər yaşadığı Ahvaz bölgəsində İran İnqilab Keşikçiləri Qvardiyasının əsgərləri ilə yerli sakinlər arasında qarşıdurma yaranmışdı. Futbol matçından sonra, etiraza qalxan ərəblər, İran xüsusi xidmət orqanlarına məxsus 4 avtomobili yandırmışdılar.

Əhalisi 10 milyon olan Ahvaz bölgəsi 1921-ci ildə İrana birləşdirilib. Əhalisi sünni ərəblərdən ibarət olan Ahvaz bölgəsi İran rejimini ayrıseçkilik etməkdə suçlayır.

Qeyd edək ki, Türkiyə mediasında helikopterin vurulduqdan sonrakı görüntülərini əks etdirən video da yayımlanıb. Həmin videonu təqdim edirik


Geri dön