Ana Sayfa > Karusel / Hadisə / M2 > Cəlilabad rayonunda yanğın baş verib.

Cəlilabad rayonunda yanğın baş verib.


7-02-2016, 23:18. Yazar: Xeberaz

Cəlilabad rayonunda yanğın baş verib.
Xəbəraz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Xəlilabad kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin içərisinə yığılmış 4 ton ot bağlamasının 1.5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunub. Yanğın saat 21:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön