Ana Sayfa > Karusel / İdman / Fotogalereya > “Qalatasaray”a ağır itki

“Qalatasaray”a ağır itki


7-02-2016, 21:02. Yazar: Xeberaz
“Qalatasaray”a ağır itki

“Qalatasaray” ağır itki ilə üzləşib. Apasport.az saytının “NTV Spor”a istinadən məlumatına görə, son vaxtlar əla formada olan Sinan Gümüş zədələnib.

“Konyaspor”la oyunun ilk hissəsində meydanı yarımçıq tərk edən gənc futbolçunun müayinəsindən sonra onun sol ayağının üst-arxa əzələsində yırtıq aşkarlanıb.

Kifayət qədər ciddi xəsarət alan oyunçunun bərpa prosesi və yenidən meydana dönməsinin ən tez halda 6-8 həftə çəkəcəyi bildirilib.
Geri dön