Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər?
Azərbaycanlılar vizasız neçə ölkəyə səfər edə bilərlər?7-02-2016, 15:00. Yazar: Xeberaz |
Passport Index reytinq hazırlayıb. Pasportların kataloqu saytı Passport Index dünyanın ən güclü pasportları reytinqi hazırlanıb. Pasportun gücünü müəyyənləşdirən əsas amil onun sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsidir. İlk 10-luq belədir: 10. Finlandiya — 143 ölkə. 9. Yaponiya — 143 ölkə. 8. Sinqapur — 143 ölkə. 7. İsveç — 144 ölkə. 6. İtaliya — 144 ölkə. 5. Fransa — 145 ölkə. 4. Almaniya — 145 ölkə. 3. Cənubi Koreya — 145 ölkə. 2. ABŞ — 147 ölkə. 1. Böyük Britaniya — 147 ölkə. Azərbaycan Passport Indexin reytinqində 57-ci yerdə qərarlaşıb. Azərbaycan pasportu ilə dünyanın 61 ölkəsinə vizasız gediş-gəliş imkanı var. Gürcüstan vətəndaşları 59 ölkəyə vizasız gedə bilərlər. Ermənistan pasportu reytinqdə 62-ci yerdədir, bu ölkənin vətəndaşları vizasız 55 ölkəyə səyahət edə bilərlər. Cənubi Sudan, Fələstin, Myanma, San-Tome və Prinsipi, həmçinin Solomon adalarının vətəndaşlarının dünya ölkələrinə vizasız səfər etmək üçün ən az imkanları var.oxu.az Geri dön |