Ana Sayfa > Karusel / Maraqlı / M2 > Alimlər ölümsüzlüyün sirrini tapdı - Kəşf

Alimlər ölümsüzlüyün sirrini tapdı - Kəşf


7-02-2016, 00:37. Yazar: Xeberaz
Alimlər ölümsüzlüyün sirrini tapdı - Kəşf
Böyük Britaniyanın Nyukasl Universitetinin bir qrup alimi vaxtı geriyə çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.

Azərtac xəbər verir ki, enerji “qoruyucuları” - mitoxondriyalar qocalmanın əsas amili sayılıb. Alimlər hesab edirlər ki, mitoxondriyalar qocalmaqda olan hüceyrələrdən çıxarılsa, dağıdıcı proses dayanacaq və sistem xeyli cavanlaşacaq.

Mitoxondriyaları çox vaxt “batareya” adlandırırlar. Bu onunla bağlıdır ki, onlar hüceyrələrin fəaliyyəti və bütövlükdə insan orqanizmi üçün zəruri olan enerjinin paylanmasına məsuldur. İnsan yaşa dolduqca, orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr toplanır. Alimlərin sözlərinə görə, bu zədələr iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki kimi olub.

Alimlər topladıqları təcrübəyə söykənərək, hüceyrələrin qocalma tezliyini yavaşıtmağa kömək edəcək metodlar yaratmaq niyyətindədirlər.
Geri dön