Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Xoşqədəm Hidayətqızı ATV-ni tərk etməli oldu

Xoşqədəm Hidayətqızı ATV-ni tərk etməli oldu


10-04-2015, 16:19. Yazar: Xeberaz
Xoşqədəm Hidayətqızı ATV-ni tərk etməli oldu

Telekanaldan xəbəri təsdiqlədilər.

Azərbaycanın məşhur aparıcısı, “Səni axtarıram” verilişinin müəllifi Xoşqədəm Hidayətqızı ATV kanalındakı işindən çıxıb.

Xeberaz.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bundan sonra ATV-də deyil, yeni kanalda - ANS-də efirə çıxacaq. Verilişin həftədə beş gün yayımlanması gözlənilir.

Öz növbəsində ANS kanalından faktı Lent.az-a təsdiqləyiblər. Kanaldan bildirilib ki, bununla bağlı yaxın günlərdə Xoşqədəm Hidayətqızı özü geniş açıqlama verəcək.
Geri dön