Ana Sayfa > Karusel / Hadisə / M2 > “Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu

“Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu


6-02-2016, 19:08. Yazar: Xeberaz
“Bankomatdan oğurluq etmək istəyən şəxs tutuldu
Bankomatdan oğurluğa cəhd göstərmiş Şəki rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də şəhər ərazisindəki “Beynəlxalq Bank”a məxsus bankomatdan oğurluğa cəhd göstərmiş rayon sakini Vaqif Bayramov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 25-də Sərxan Şirinova məxsus mağazadan tütün məmulatı oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
Geri dön