Ana Sayfa > Karusel / Hadisə / M2 > DİN “Bentley”ni yandıran şəxslə bağlı məlumat yaydı

DİN “Bentley”ni yandıran şəxslə bağlı məlumat yaydı


6-02-2016, 17:42. Yazar: Xeberaz
   DİN “Bentley”ni yandıran şəxslə bağlı məlumat yaydı

Ötən gün Yasamal rayonunda iki maşını yandıran şəxs saxlanılıb.

Xəbəraz.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan “Volvo” markalı avtomobildə yanğın baş verib və yanğın nəticəsində yaxınlıqda dayanmış “Bentley” markalı avtomobilin arxa qanadının rəngi qopub, sağ arxa ışığı əriyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib.

Araşdırma aparılır.
Geri dön