Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda “sosial şəbəkə fırıldağı” – şantaj edib pul tələb etdilər

Bakıda “sosial şəbəkə fırıldağı” – şantaj edib pul tələb etdilər


6-02-2016, 13:49. Yazar: Xeberaz
Bakıda “sosial şəbəkə fırıldağı” – şantaj edib pul tələb etdilər
Bakıda quldurluq hadisəsi baş verib. Xəbəraz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini bildirib. O qeyd edib ki, həmin yerdə tanımadığı 3 nəfər ona hədə-qorxu gələrək 240 manatını alıb və yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələyib. Fevralın 4-də isə daha 100 manat tələb ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri dön