Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda qadınları soyan salyanlı gənc tutuldu

Bakıda qadınları soyan salyanlı gənc tutuldu


5-02-2016, 15:54. Yazar: Xeberaz
Bakıda qadınları soyan salyanlı gənc tutuldu
DİN məlumat yaydı.

Bakıda qadınlara qarşı cinayət törədilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakinləri Zümrüd Kərimovaya məxsus içərisində 320 manat, mobil telefon və sənəd olan pul kisəsini və Zemfira Maznovaya məxsus içərisində 60 manat və açar olan pul kisəsini soyğunçuluq yolu ilə alınıb.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Salyan rayon sakini Ramil Səfərov tutulub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön