Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar


5-02-2016, 15:34. Yazar: Xeberaz
Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar
DİN məlumat yaydı.

Azərbaycanda küçəyə atılmış körpə tapılıb.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sabirabad rayonunda baş verib.

Belə ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki “Padarçöl” adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağı tapıb.

O, körpəni götürərək yaşadığı evə aparmış və fevralın 4-də onu RPŞ-yə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön