Ana Sayfa > Karusel / Gündəm / M2 > “Temperatur 10 dərəcə aşağı düşəcək - Qar yağacaq

“Temperatur 10 dərəcə aşağı düşəcək - Qar yağacaq


5-02-2016, 15:12. Yazar: Xeberaz
“Temperatur 10 dərəcə aşağı düşəcək -  Qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib. Bakıda və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.

Fevralın 07-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.
Geri dön