Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” - FOTOSESSİYA

Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” - FOTOSESSİYA

5-02-2016, 13:06. Yazar: Xeberaz
Aşıq Samirədən etiraf: “O, məni özümə sevdirdi” - FOTOSESSİYA
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Samirə Əliyeva xarici görünüşündə köklü dəyişiklik edib.
Peşəkar həkim-diyetoloq Tutu Zeynalovanın tərtib etdiyi “Sağlam həyat tərzi” proqramı ilə arıqlayan Samirə, fotokameralar qarşısına keçərək sazı ilə birlikdə maraqlı şəkillər çəkdirib.
Saytımıza verdiyi açıqlamasında Samirə ideal bədən çəkisinə qovuşmasından məmnunluqla danışdı:
“Tutu xanımın pəhriz proqramına başlamamışdan öncə çəkim 68 kilo idi. Boyumu, yaşımı nəzərə alanda ideal çəkim 56 olmadı idi. 2 ay davam edən pəhriz proqramı müsbət effektini göstərdi. Və mən ideal bədən quruluşuma qovuşdum. Tutu xanım, məni özümə sevdirdi”.
Arıqladıqdan sonra imicində də dəyişiklik edən Samirəyə bu işdə saç ustası - Ağabacı Məmmədova və stilist Şanel Anar köməklik ediblər.
Samirənin geyindiyi qara libas özünün ideyası ilə dərzi Aybəniz Əhmədova tərəfindən tikilib.
Fotoların müəllifi Orxan Hüseynovdur.

Geri dön