Ana Sayfa > Karusel / Təhsil / M2 > “Ərizə qəbulu fevralın 19-dək aparılacaq

“Ərizə qəbulu fevralın 19-dək aparılacaq


4-02-2016, 22:31. Yazar: Xeberaz
“Ərizə qəbulu fevralın 19-dək aparılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək imtahanların qrafikini elan edib.

Xəbəraz.az məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Azərtac-a bildiriblər ki, magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-dək aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı iyunun 9-dan 12-dək, müsahibəsi isə iyunun 13-dən 17-dək keçiriləcək.

2016-2017-ci tədris ili üçün qəbul planı ilə AMEA-nın rəsmi saytında tanış olmaq olar.
Geri dön