Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda “NAZ-Lifan” oğurlandı

Bakıda “NAZ-Lifan” oğurlandı


4-02-2016, 12:23. Yazar: Xeberaz
Bakıda “NAZ-Lifan” oğurlandı
DİN məlumat yaydı.

Bakıda “NAZ-Lifan” markalı avtomobil oğurlanıb.

Xəbəraz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən İsmayıllı rayon sakini Zülfü Əhmədova məxsus “NAZ-Lifan” markalı avtomobil qaçırılıb.

Avtomobil fevralın 3-də Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən Yasamal rayonu ərazisindəki maşın bazarında aşkar edilib.

Həyata keçirilmiş tədbirlərlə avtomobili qaçırmış Bakı şəhər sakini Camal Məmmədov tutulub.
Geri dön