Ana Sayfa > Karusel / Dünya / M2 > “Admiral”da baş verən yanğında azərbaycanlı həlak olub

“Admiral”da baş verən yanğında azərbaycanlı həlak olub


13-03-2015, 11:23. Yazar: Xeberaz
“Admiral”da baş verən yanğında azərbaycanlı həlak olub
FHN məlumat yayıb.

Kazanda “Admiral” Ticarət Mərkəzinin dağıntıları altında həlak olan altıncı adamın cəsədi tapılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə Tatarıstan FHN-nin mətbuat xidmətinə istinadən TASS bildirib.

“Saat 22.03 radələrində TM-nin dördüncü girişinin beş metrliyində həlak olan kişinin cəsədi tapılıb. İlkin məlumata əsasən, cəsəd 1995-ci il təvəllüdlü kişiyə məxsusdur. Həlak olan şəxs Azərbaycandandır” - mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən zərərçəkən şəxslər - 55 nəfərdən iki nəfər Vyetnam, eyni sayda Azərbaycan və Qırğızıstan vətəndaşı və bir nəfər Tacikistan vətəndaşıdır.

Kazanda “Admiral” Ticarət Mərkəzində yanğın zamanı həlak olanların sayı on nəfərə çatıb.
Geri dön