Ana Sayfa > Karusel / Hadisə / M2 > Cəzaçəkmə müəssisəsində məhkum öldü

Cəzaçəkmə müəssisəsində məhkum öldü


4-02-2016, 11:24. Yazar: Xeberaz
Cəzaçəkmə müəssisəsində məhkum öldü
Araşdırma aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
Xəbəraz.az xəbər verir ki, Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsində səhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib.

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön