Ana Sayfa > Karusel / İdman / M2 > Arda “Barselona“nın heyətində

Arda “Barselona“nın heyətində


3-02-2016, 23:31. Yazar: Xeberaz
Arda “Barselona“nın heyətində
"Barselona"nın İspaniya kubokunun yarımfinalında "Valensiya" ilə oyun üçün 18 nəfərlik heyəti müəyyənləşib

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, heyətdə türk yarımmüdafiəçi Arda Turanın da adı yer alıb.

Komandanın baş məşqçisi Luis Enrike sözügedən qarşılaşmada Kladio Bravo, Dani Alveş və Xavyer Maskeranoya şans verməməyə qərar verib. Duqlas, Sandro Ramires və Rafinya isə zədə səbəbindən "Valensiya" ilə matçı buraxacaq.

"Barselona"nın heyətində aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Ter Stegen, Masip, Pike, Rakitiç, Serxio Buskets, Arda Turan, İnyesta, Luis Suares, Messi, Neymar, Bartra, Munir, Jordi Alba, Roberto, Adriano, Aleyks Vidal, Vermalen, Mathieu.

Geri dön